Ukrayna hücuma hazırlaşır - Tramp

Ukrayna döyüş meydanında hücuma hazırlaşır. Məlumatı ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Tramp bunu ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patellə birgə mətbuat konfransında müxbirin sualına cavab olaraq açıqlayıb. ABŞ-ın “Tomaqavk” raketlərindən başqa Ukraynaya hər hansı başqa silah ötürmək fikrində olub-olmaması ilə bağlı suala Tramp “başqa variantları” araşdırdığını bildirib: "Mən bununla bağlı qərar verməliyəm".

Amerika liderinin sözlərinə görə, o, Ukrayna böhranını oktyabrın 17-də prezident Vladimir Zelenski ilə gözlənilən görüşündə müzakirə etmək niyyətindədir. Tramp konkret nəyin müzakirə olunacağını açıqlamayıb, sadəcə, “onlar hücuma keçmək istəyirlər”deyib.
  • Sosial şəbəkədə paylaş