Zərdabda 5 nəfərin yanaraq öldüyü avtoqəza

Zərdabda bir ailə üzvlərinin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ailə üzvləri toydan qayıdırmış, onlar Zərdabın Məmmədqasımlı kəndindən olub.

Belə ki, 77-BF-554 seriyalı "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

Qəzada minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüblər.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş