Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub

Füzuli rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğulub.

Hadisə ötən gün “Qayıdış-9” qəsəbəsində baş verib.

Qəsəbə sakini 2011-ci il təvəllüdlü F. Hüseynov qəsəbənin ərazisindəki su kanalında çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş