Bakı-Quba yolunda ağır qəza

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş