"Gənclik Mall"da həyəcan siqnalı işə düşdü

Gənclik Mall"da insanların təxliyə edilməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

"Teleqraf"ın "Pasha Malls"a sorğusuna cavab olaraq bildirilib ki, "Gənclik Mall"da texniki səhv olub.

"Bu səbəbdən yalnışlıqla həyəcan siqnalı işə düşüb. Hazırda insanlar təxliyə edilmir. Heç bir problem yoxdur", - əlavə edilib.

  • Sosial şəbəkədə paylaş