Bakıda gənc oğlan sevdiyi qıza görə özünü bıçaqladı

Bakıda bıçaqlandığını iddia edən gəncin özünü bıçaqladığı məlum olub.

Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlandığını bildirsə də, araşdırma zamanı onun özünü bıçaqladığı məlum olub. Səbəb isə sevdiyi qızın onun mobil nömrəsini bloklaması olub.
  • Sosial şəbəkədə paylaş