Hacıqabulda “VAZ-2107” markalı avtomobilin “Mercedes” markalı nəqliyyat vasitəsinə, daha sonra digər avtomaşına çırpılması nəticəsində bir nəfər ölüb.
“Report”un Aran bürosu məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Sabirabad rayon sakini, 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəza zamanı həmçinin 2014-cü il təvəllüdlü Sarıyev Elgün Eldəniz oğlu, 1991-ci il təvəllüdlü Sarıyev Günel Əliağa qızı, 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov və Elvin Sarıyev xəsarət alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.