İstirahət mərkəzində dərəyə yıxılan yeniyetmə ağacdan asılı vəziyyətdə qaldı

Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzində yeniyetmə dərəyə yıxılıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyə daxil olan məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.
  • Sosial şəbəkədə paylaş