Sumqayıtda Ramiz Mehdiyevin kürəkəninə qarşı məhkəmə keçiriləcək

Sumqayıtda Ramiz Mehdiyevin kürəkəninə qarşı məhkəmə keçiriləcək - 52 hektarı belə zəbt edib.

Sabah, mayın 30-da Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiası üzrə məhkəmə prosesi təyin olunub.

Bu prosesə qədər təyin olunan 3 proses cavabdeh tərəfinin təqdim etdiyi vəsatətlər və xahişlər üzündən baş tutmayıb.
Mayın 15-nə təyin edilmiş prosesə qatılmayan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin xəstə olduğunu və səbəblə prosesin təxirə salınmasını xahiş etmişdi.
  • Sosial şəbəkədə paylaş