AZAL Bakı ilə Berlin arasında uçuşları bərpa edir

“Azərbaycan Hava Yolları" aviaşirkəti 29 may ayından etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.

Belə ki, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
  • Sosial şəbəkədə paylaş