Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
  • Sosial şəbəkədə paylaş