Qusar rayonunda yağan güclü yağışlar nəticəsində yol-körpü infrastrukturuna ciddi ziyan dəyib.
APA-nın şimal müxbirinin məlumatına görə, sel suları nəticəsində bəzi çaylar məcrasından çıxaraq ətraf ərazilərdə fəsadlar törədib. Xüsusilə Hil çayı ətrafında yaranan vəziyyətlə bağlı əraziyə texnikalar cəlb olunub.
Qusar-Həzrə yolunun Yasab kəndindən keçən hissəsində də sel nəticəsində ziyan qeydə alınıb və ərazidə bərpa işləri aparılır.
Rayonun Gündüzqala kəndində inşa edilmiş körpü dağılıb.