Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb

Şaxtalı hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında problemlər yaşanmaqdadır. Belə ki, duman və yolun buz bağlaması səbəbindən avtomobillər yolda qalıblar.

Medianın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə qeyd olunur ki, Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb. Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar.

İsmayıllı-Muğanlı yolunda bir neçə avtomobilin iştirakı ilə qəza baş verib.
  • Sosial şəbəkədə paylaş