Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib

Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandığı təqdirdə Azərbaycandan qaz idxalı və ya tranzitini istisna etmir.
O İkinci Ümumerməni Sammitində çıxışı zamanı Bakının Ermənistana qaz tədarükü təklifini xatırladıb.

"Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarini istisna edə bilmərik", - deyə Paşinyan qeyd edib.
  • Sosial şəbəkədə paylaş