Azərbaycan Prezidenti Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstəyə görə qardaş ölkələrə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstəyə görə qardaş ölkələrə təşəkkür edib.

Bu barədə dövlət başçısı "X" sosial şəbəkəsində paylaşım edib.

"Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq", - paylaşımda deyilir.
  • Sosial şəbəkədə paylaş