Prezident İlham Əliyev açıqladı: Türk dövlətlərinin iqtisadiyyatı qlobal səhnəni üstələdi

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Türk Dövlətləri Təşkilatının (TDT) hazırda böyük potensiala malik olduğunu qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman bu qurumu gücləndirməyə sadiq olub və TDT-nin inkişafında fəal rol oynayıb:

"Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib".

Prezidentin sözlərinə görə, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir. Son illərdə həm türk dövlətləri arasında iqtisadi əməkdaşlıq dərinləşib, həm də milli iqtisadiyyatların sürətli inkişafı müşahidə olunub.

“2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir”.
  • Sosial şəbəkədə paylaş