Cinayət-Prosessual Məcəlləyə iki fəsil əlavə edildi

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə prosessual sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı yeni fəsil əlavə edilib.

President.az xəbər verir ki, bu barədə məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda yer alıb.

Dəyişikliyə əsasən, cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır.

Həmçinin, Məcəlləyə aşağıdakı məzmunda IV-I fəsil əlavə edilir:

“IV-I fəsil

Prosessual sənədlərin rəsmi qaydada verilməsi

Maddə 54-1. Prosessual sənədlərin çatdırılması

54-1.1. Bu Məcəllənin 54-1.5-ci və 54-1.6-cı maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, prosessual sənədlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda prosessual sənədlərin çatdırılması təhqiqatçı və ya müstəntiq tərəfindən həyata keçirilə bilər, habelə təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən təhqiqat orqanına, eləcə də cinayət prosesini həyata keçirən müvafiq orqan tərəfindən öz əməkdaşlarına həvalə edilə bilər.
  • Sosial şəbəkədə paylaş