“YAŞAT” Fondunda könüllü olaraq çalışan şəxs şəhid xanımına qarşı dələduzluq etməkdə ittiham edilib.
KİV xəbər verir ki, 30 yaşlı Əmrah Abuşov fondda könüllü olaraq çalışan zaman bir çox şəhid ailələri ilə əlaqələri yaranıb. Onlardan biri də ikinci Qarabağ savaşında şəhid olan hərbçilərdən birinin xanımı Asiya olub.
Şəhid xanımı və onun ailəsi Əmrahı xeyirxah insan kimi tanıyıblar və ailəvi münasibətləri də yaranıb.
Münasibətlər daha da yaxşılaşandan sonra Əmrah Abuşov şəhid xanımına deyib ki, uşaqları Bakıda hökumətin nəzarətində olan özəl məktəblərdən birində təhsil almasına kömək edə bilər. Şəhid xanımı Asiya bu təkliflə razlaşıb və atasına məlumat verib. Əmrah Abuşov bu işin həll olunması, şəhidin 3 övladının Bakıdakı özəl məktəblərdən birində təhsil almasına kömək edəcəyi vədi ilə ümumilikdə 10 min manat pul alıb.
Zərərçəkmiş şəhid xanımı deyib ki, Əmraha 5 min manatı bir dəfə nağd şəkildə, qalan məbləği isə hissə-hissə kart vasitəsi ilə verib.
Əmrah Abuşov isə özünü təqsirli bilməyərək deyib ki, şəhid xanımından cəmi 5 min manata yaxın pulu hisə-hissə borc olaraq alıb.
Məhkəmə istintaqı zamanı məlum olub ki, Əmrah 10 min manatın 7600 manatını geri qaytarıb.
Əmrah Abuşov törətdiyi əmələ görə cəzalandırılıb. Məhkəmənin hökmü ilə Əmrah Abuşov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həbsdə saxlanıldığı 4 ay nəzərə alınmaqla onun üzərində qəti olaraq 1 il 10 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.