Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan xüsusi xidmət orqanları, eyni zamanda hüquq-mühafizə orqanları dini radikal qruplara qarşı mübarizəni davam etdirir: “Məlumdur ki, dini radikal qruplaşmalar həm daxildə müəyyən havadarlara malikdirlər, həm də xaricdən maliyyələşirlar. Bu qruplar dövlət və dövlətçilik əleyhinə müəyyən addımlar atmaqda davam edirlər. Bunun qarşısını almaq üçün xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları keçirdikləri son əməliyyat nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan, dini ekstremist, eyni zamanda radikal olan üzvlərin hazırladıqları terror təxribat əməllərini müəyyən ediblər, qanunazidd fəaliyyətin qarşısını alıblar: "DTX və DİN-in keçirdikləri peşəkar əməliyyat nəticəsində onların bəziləri zərərsizləşdirilib, qalanları isə saxlanılıb, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barələrində cinayət işi başlanılıb. Terror qruplaşmasının içində “Meşə qardaşları” terror təşkilatının üzvləri də olub. O da məlum olub ki, vaxtilə “Meşə qardaşları” terror qruplaşmasının fəaliyyətində iştirak edən bəzi şəxslər Azərbaycanın şimal rayonlarında özlərinə bəzi tərəfdaşlar da cəlb edərək bu istiqamətdə addımar atıblar. Onlar terror aktları hazırlayırdılar. Eyni zamanda bir sıra kəndlərdə meşə massivində sığınacaqlar yaradıb, orada partlayıcı maddələr, silah-sursat və sair döyüş ləvazimatları təchiz etmişdilər ki, gələcəkdə bundan istifadə etsinlər. Keçirilmiş mühüm əməliyyat nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - cinayətkar birlik yaratmaq, odlu silah və silah qismində istifadə edilən digər predmetlərdən istifadə etməklə dini fanatizm zəminində terrorçuluğa hazırlıq maddələri ilə təqsirli biliniblər, məsuliyyətə cəlb ediliblər. Bu proses davam etdiriləcək. Müxtəlif vaxtlarda Suriyada, İraqda, digər dövlətlərdə müəyyən hazırlıqlar keçmiş, sonradan müxtəlif yollarla Azərbaycana gəlib burada dövlətçiliyə qarşı bu cür əməllər planlaşdıran şəxslərə qarşı ciddi addımlar atılacaq.
Ali Baş Komandanın tapşırığına uyğun olaraq dövlətin xüsusi xidmət və hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da genişləndiriblər. Hər bir məsələ dövlət qurumlarının nəzarətindədir və bundan sonra da radikal qruplaşmalara qarşı bu cür əməliyyatların şahidi olacağıq".
Ali Baş Komandanın tapşırığına uyğun olaraq dövlətin xüsusi xidmət və hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da genişləndiriblər. Hər bir məsələ dövlət qurumlarının nəzarətindədir və bundan sonra da radikal qruplaşmalara qarşı bu cür əməliyyatların şahidi olacağıq".


