Gürcüstanda bazarda atışma: Ölənlər var

Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində azı dörd nəfər həlak olub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazarın ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən dayısı da daxil olmaqla dörd nəfər həlak olub. Bir nəfər - təqsirləndirilən şəxsin əmisi oğlu yaralanıb”, - deyə qurumdan bildirilib.
  • Sosial şəbəkədə paylaş