Dağıstanlı MMA döyüşçüsü evinin yaxınlığında güllələndi

Qarışıq döyüş sənətləri (MMA) üzrə dağıstanlı döyüşçü Maqomedrəsul Mutayev Mahaçqaladakı evinin yaxınlığında güllələnib. Güllələrdən biri onun başına dəyib.

“Fight Nights” promouter şirkəti 20 yaşlı döyüşçünün ölümünü təsdiqləyib.

Mutayevin qətlə yetirilməsi anları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Videodan aydın olur ki, qatil idmançını evinin girişində gözləyib. Hücum Həbib Nurməhəmmədovun atasının məktəbindən olan 20 yaşlı döyüşçü məşqdən qayıdarkən baş verib.

Sosial şəbəkələrdə, həmçinin, döyüşçüyə yay aylarında olan sui-qəsdə cəhd anını əks etdirən görüntülər də yayılıb (videoda ikinci hissə). Kadrlarda Mutayevin cavab atəşi açdığı və hücumçuların qaçdığı görünür.
  • Sosial şəbəkədə paylaş