Zərərçəkmiş: “Vaqif Xaçatryan mənim atamla anamı öldürüb”

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Nadir Əkbərov ifadə verib.

O, Vaqif Xaçatryanı tanıdığını bildirib.

“Vaqiflə şəxsi münasibətim olmayıb. Amma özünü tanıyırdım. Vaqif Meşəli kəndindəki qətliamda iştirak edib. Vaqif hər şeyi yaxşı xatırlayır. Vaqif, sən mənim atamı, anamı öldürmüsən. Sonradan özünüzü xəstəliyə vurub İrəvana qaçırdınız”, - deyə o, Xaçatryana müraciət edərək bildirib.

Nadir Əkbərov qeyd edib ki, Meşəli kəndində ermənilər hamını qırmaq istəyirdilər.

10:57

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov ifadə verib.

Salman Rəhimov deyib ki, Meşəli hadisələri zamanı erməni silahlıları mülki əhalini qıracaqları ilə hədələyiblər.

“Vaqif Xaçatryan həmin hadisələrin təşkilatçılarından olub. Meşəli kəndindən çoxu Vaqif Xaçatryanı tanıyırdı. Hamısı Vaqif Xaçatryanın adını çəkirdi.

Məhkəmədən xahiş edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, - deyə o əlavə edib.
  • Sosial şəbəkədə paylaş