Xankəndinin yeni komendantı kimdir? ERMƏNİ MEDİASININ SENSASİON İDDİALARI

Ermənistan mediası Azərbaycan tərəfdən Xankəndinin komendantı təyin edilən Sarqis Qalstyanın kim olduğunu öyrənə bilib.

Məlumatda deyilir ki, Qalstyan 2020-ci ildə işğal altında olan Şuşadakı “Avan Plaza” (indiki "Xarıbülbül") otelinin direktoru olub. O, 1990-cı illərin fəallarından biridir, xalq diplomatiyasının tərəfdarıdır və tez-tez Bakıya gedirmiş (burası aydın deyil ki, hansı illərdə və necə - Red.). Erməni mediası yazır ki, ola bilsin, o vaxt da Bakının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
  • Sosial şəbəkədə paylaş