Xocavənddəki terrorda həlak olanlara şəhidlik statustu veriləcək? - AÇIQLAMA

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də baş verən hadisədə həlak olanlara şəhidlik statusunun verilməsi məsələsinə baxılacaq.

Bu barədə medianın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

O bildirib ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) və “Azərenerji” ASC-nin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq”.
  • Sosial şəbəkədə paylaş