Laçında ekskavator tank əleyhinə minaya düşdü

regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Report"a bildirib ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.
  • Sosial şəbəkədə paylaş