Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat daşınıb

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşınması davam edir.

“Report” bununla bağlı bu gün - sentyabrın 1-də çəkimiş görüntüləri təqdim edir.

Görüntülərdə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə silah-sursat və digər təminat vasitələri daşındığı görünür.

Xatırladaq ki, oxşar hallar əvvəllər də dəfələrlə baş verib.
  • Sosial şəbəkədə paylaş