İsmayıllıda sel süni bəndləri yuyub: Zəruri tədbirlər görülür

“Sel və daşqınlar İsmayıllıda çəkilən süni bəndləri yuyub. Lakin zəruri olan tədbirlər görülür”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a açıqlamasında bildirib ki, İsmayıllı Suvarma Sistemləri İdarəsi gecə saatlarından ərazidə olub:

“Ötən gün axşam saat 19 radələrində və gecə saat 01:00-03:00 aralığında İsmayıllıya güclü sel gəlib. İdarənin texnikaları səhərə qədər ərazidə işləyib. Hər hansı ciddi fəsad baş verməyib. Lahıcda daha ciddi fəsadlar qeydə alınıb. Sinoptiklər ayın 9-na qədər qeyri-sabit hava şəraiti ilə bağlı elan veriblər. Bu səbəbdən qurum öz səlahiyyətləri çərçivəsində hazırlıqlıdır.

Bununla bağlı qabaqcadan sel təhlükəsi ilə bağlı idarələrə məlumat vermişik. Yaxınlıqda zəruri texnikalar gözləmə rejimindədir, canlı qüvvələr növbəli çalışır. Hər hansı sel gözlənilərsə bu zaman dərhal operativ şəkildə ərazidəki vəziyyətə müdaxilə ediləcək”.
  • Sosial şəbəkədə paylaş