Qərb rayonlarının ucqar kəndlərinə dolu düşdü, təsərrüfata zərər dəydi

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq rayonlara dolu düşüb.

Medianın məlumatına görə, günorta saatlarında yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.
  • Sosial şəbəkədə paylaş