Tarixdə ilk: nəşriyyatın yeməkxanası bağlandı

"Azərbaycan" nəşriyyatının yeganə yeməkxanası bağlandı. Yeməkxananın qapısından "Nuh Nəbi vaxtından" qalmış, paslanmış zəncil asılıb.

Oranın əməkdaşı bağlanmanın səbəbi iş olmamasını deyir. Yani, jurnalistlər hamısı birdən diyetaya oturdular? Açığı, nəşriyyatda üzü dolu, gümrah, xoş əhval-ruhda adamların sayı sürətlə azalmaqdadır.

Sovet dövründən tutmuş burada azı iki dənə yeməkxana, aptek, diş kabineti, tibb otağl, tenis zalı və s. xidmətlər fəaliyyət göstərib. Bu gün heç biri yox.

Nahar fasiləsində kəbab və şah plov yeyən müxbirlərin menyuları son illər ərzində kəskin zəyifləməyə başladı. Kəbabı toyuq kotleti əvəzlədi, sonra isə qələm sahiblərin cibləri gün ərzində bir dəfə mərci şorbasını almağa imkan verirdi.

Müşahidə etdim ki, artıq mərcini də alan yoxdur, jurnalistlər boş mədələrini çay və gənd ilə doldurmağa başlayıblar. Və şok! Elə gün gördük ki, tarixdə ilk dəfə ölkənin taleyində mühum rol oynayan mətbuat evinin yeməkxanasına zəncil asıldı! Artıq çay pulu da qalmadı?
  • Sosial şəbəkədə paylaş