Türkiyədə səsvermə başa çatıb, yaxın saatlarda ilkin nəticələr açıqlanacaq

Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.

Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
  • Sosial şəbəkədə paylaş