Malatyada zəlzələ oldu

Türkiyənin Malatya bölgəsində ardıcıl bir neçə yeraltı təkan qeydə alınıb.

Bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar 3,6 - 4,9 bal aralığında olub.

Onların mərkəzi təxminən 7 km dərinlikdə yerləşib.

Dağıntı və təlafat barədə məlumat verilməyib.
  • Sosial şəbəkədə paylaş