Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə başlayan yanğınla bağlı məlumat verib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının söndürülməsinə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub:
“Hazırda yanğın tam lokallaşdırılıb. Yanğın binanın dam örtüyündə başlayıb və şaxtadan keçən kabellər vasitəsilə yayılaraq, birinci mərtəbədə yerləşən ticarət mərkəzinin anbarına daxil olub. Dam örtüyünün təxminən 600 kvadratmetri yanıb. Hazırda anbarda yanğının söndürülməsi işləri aparılır”.
O qeyd edib ki, sakinlər təxliyə olunub, vətəndaşlar arasında xəsarət alan yoxdur:
“Yanğının baş vermə səbəbi araşdırılır. İlkin versiyada elektrik xəttindən başlandığı bildirilir. Dam örtüyündəki yanğını söndürən zaman yeddinci mərtəbədə olan iki mənzilə su ziyan vurub”.