“Yanğın 80 dəqiqəyə söndürülüb”.
Bunu mediaya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, əraziyə 12 texnika və 65 şəxsi heyət cəlb olunub.
“Məlumat daxil olan kimi yanğın bölmələri hadisə yerinə cəlb olunub.
Yanğının baş verməsinə səbəb 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi “Mercedes”ə çırpılıb”.
Ə.Novruzov qeyd edib ki, hadisədən sonra “Mercedes” markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib:
“Opel” tamamilə kül olub. Avtomobildə olan 2 nəfər şəhər xəstəxanasına aparılıb. “KamAZ”ın arxa təkərləri yanıb. Sürücüsü ilə bağlı məlumat yoxdur”.