Ağ Ev Ermənistanın və separatçıların gələn il üçün pulunu kəsib, Amerika Erməni Milli Komitəsi məyus olub
Bayden administrasiyası 2023-cü ilin dövlət büdcəsində Ermənistana xarici yardım xətti ilə 24 milyon dollar ayırmağı təklif edib. “Yeni Müsavat” bildirir ki, bu vəsaitin 600 min dolları hərbi yardım, 6 milyon 50 min dolları isə ölkənin səhiyyə orqanları və narkotiklərə qarşı mübarizə üçündür. Həmçinin, bu il Qarabağın minalardan təmizlənməsinə 2 milyon dollar ayrılsa da, gələn il üçün bu istiqamətdə yardım ediləcəyi göstərilməyib.
Göründüyü kimi, ABŞ-ın Ermənistana təsdiqlənən yardımı 21 milyon dollar azaldılır. Erməni lobbisi münaqişə dövründə hər il Qarabağdakı erməni icmasına kömək adı altında separatçılara ABŞ-dan əlavə yardım alırdı. 2023-cü ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb. Amerika Erməni Milli Komitəsi (ANCA) Ağ Evin bu addımından çox məyus olub. Həm onların ötən il istədikləri 100 milyon dollardan artıq yardım təklifləri bu il qəbul edilməyib, həm də gələn il üçün nəzərdə tutulan dövlət büdcəsindən yardım da azaldılır.
Bundan başqa, prezident Baydenin 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayırmaq istəməsinə də erməni lobbisi narazılıq edib. Bu qərar ilk növbədə, ABŞ-dakı erməni lobbisinin cəzalandırılması kimi izah edilə bilər. Bu isə onlara daha əvvəlki kimi güvənin olmadığı anlamına gəlir. Böyük ehtimalla, ANCA-nın Qarabağda guya 100 min erməninin məskunlaşdığı yalanını uyduraraq, bu yolla yardım əldə edib, onu qeyri-müəyyən, təyinatı bilinməyən istiqamətdə xərcləyərək mənimsəmək niyyətləri üzə çıxıb.
ABŞ-ın Ermənistana yardımı azaltması bu istiqamətdə şəffaflığın təmin olunmaması və rəsmi İrəvanın yürütdüyü qeyri-müəyyən xarici siyasət kursu ilə də əlaqədar ola bilər. Bu baxımdan maliyyə yardımının azalacağını rəsmi İrəvanın Rusiya ilə Qərb arasında vurnuxması, səbatsız davranışının nəticəsi kimi dəyərləndirmək mümkündür. Habelə, Ukrayna müharibəsi Ermənistanın əsl simasını üzə çıxardı. Xüsusilə bu ölkənin 4 “Su-30" qırıcısının Rusiya tərəfdən Ukraynanı bombalaması gələcəkdə erməni lobbisini yardımlar və dəstəklər məsələsində daha çox məyus edəcək. Beləliklə, Ermənistan və erməni lobbisi ABŞ-ın yardımları azaltması timsalında etibarsız olduqlarının ”mükafatını" alır və cəzasını çəkməkdədir.