Ağdamda buldozer minaya düşdü

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam - Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini 1991-ci il təvəllüdlü Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb.

Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş