Ərdoğan Rusiyanı tərk edən şirkətləri Türkiyəyə dəvət etdi

"Rəsmi Ankara Rusiya bazarından çıxan qlobal şirkətləri qəbul etməyə hazırdır”.

Gundem.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Rusiyanı təkcə Amerika şirkətləri deyil, bir çox dünya brendləri də tərk edir, təbii ki, ölkəmizin qapıları onların üzünə açıqdır, gəlsinlər. Bundan əlavə, ölkəmizə investisiya qoymaq istəyənlər var. Təbii ki, biz onların üzünə qapıları bağlı saxlamırıq. Bizim qapılarımız onların üzünə də açıqdır", - Ərdoğan bildirib.
  • Sosial şəbəkədə paylaş