ABŞ ordusunun keçmiş komandanı Ben Hodges hesab edir ki, Ukraynaya dəstək artarsa, 10 gün sonra Rusiyanın hücum imkanları tükənəcək; hərbi analitik: “Bu fikrə informasiya savaşı kimi baxmaq lazımdır, çünki...”
ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hodges Qərbin Ukraynaya dəstəyini sürətləndirəcəyi təqdirdə 10 gün sonra Rusiyanın hücum imkanlarının tükənəcəyini açıqlayıb. “Yeni Müsavat” xəbər verir ki, o, bu barədə Amerikanın “MSN BC” kanalına verdiyi müsahibədə bildirib. “Bizim əlimizdə olan məlumatlara görə, artıq Rusiyanın resursları tükənib. Əgər Ukrayna 10 gün də tab gətirərsə və Qərb öz dəstəyini əsirgəməzsə, Rusiyanı sıxmaqda davam edərsə, müharibənin taleyi həll olunacaq”, - deyə Ben Hodges əlavə edib. Yəni indiyədək Avropa Birliyi ölkələrindən, B.Britaniyadan, ABŞ-dan Ukraynaya edilən hərbi yardım yetərli olmayıb və daha güclü dəstəyə ehtiyac var. Amerikalı generalın məntiqi ilə ABŞ-NATO gücləri Kiyevi indikindən qat-qat artıq silahlandırmalı, rus ordusunu döyüş meydanında yormalıdır.
Bu arada, Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə belə yazıb. O, ölkədəki son durumu açıqlayıb. “Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir. İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır. Nəhayət, Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o qeyd edib.
Lakin Ukraynanın müharibədə tam üstünlüyü əldə edə bilməsi üçün iki mühüm dəstəyə ehtiyacı var: NATO tərəfindən qeyri-uçuş səmasının bağlanması və qırıcı təyyarələrin verilməsi. Əgər bu yardım olarsa, amerikalı generalın dediyi kimi, rus ordusunun müqavimətini tam qıra və dəf edə bilərlər. Bu arada, ABŞ müdafiə naziri Lloyd Ostin NATO baş katibi Yens Stoltenberqlə birgə görüşdən əvvəl mətbuat önündə çıxışında deyib ki, Ukraynanı dəstəkləməyə davam edəcəyik. “Ukraynanın suveren və legitim hökuməti var. Biz Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndirməyi dəstəkləyirik və dəstəkləyəcəyik. NATO-nun bugünkü iclası dünyaya siqnal göndərir ki, alyans Ukraynaya dəstək məsələsində həmrəydir. Biz Rusiyanın Ukraynaya əsassız hərbi hücumunu və işğalını qınayırıq”, o deyib.