Rusiyanın Ukraynada daha bir generalı öldürüldü

“Azov” alayı Ukrayna ərazisinə hücum edən Rusiya Silahlı Qüvvələrinin general-mayorunu öldürüb.

Aciqsoz.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə alayın teleqram kanalında məlumat verilib.

“Kim bizə qılıncla gəlsə, elə qılıncla da öləcək”, - deyə alay yaydığı məlumatda bildirib.

Məlumatda general-mayorun adı açıqlanmayıb.

Qeyd edək ki, bu gün “Azov” alayı Ukraynanın Mariupol şəhərindəki Rusiya ordusunun mövqelərini bombalayıb, nəticədə qarşı tərəfin bir neçə texnikası məhv edilib.
  • Sosial şəbəkədə paylaş