Türkiyə Cümhuriyyəti dövləti Ukraynanın Odessa şəhərində yerləşən vətəndaşlarını çıxarmaq qərarı verib.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verilir.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşları 15 mart saat 15:00-a qədər Odessadakı Türkiyə konsulluğuna yaxınlaşmalı və şəhəri tərk etmək üçün təxliyə planına daxil olmalıdırlar.
Xatırladaq ki, son saatlarda Rusiyanın Odessaya hücum edəcəyi və bu hücumun dənizdən baş verəcəyi ilə bağlı iddialar yayılıb.
Musavat.com bildirir ki, Odessa və ətraf ərazilərdə 30 minə yaxın azərbaycanlı da yaşayır.