Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna böhranı, eləcə də son hadisələr müzakirə olunub.
  • Sosial şəbəkədə paylaş