ABŞ dövlət katibi Belçika, Polşa, Moldova, Latviya, Litva və Estoniyaya səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken martın 3-dən 8-dək Belçika, Polşa, Moldova, Latviya, Litva və Estoniyaya səfər edəcək. O, Belçikada NATO ölkələrinin xarici siyasət idarələrinin başçılarının və G7-nin görüşündə iştirak edəcək. E.Blinken, həmçinin Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
  • Sosial şəbəkədə paylaş