Ukrayna ordusuna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə və danışıqlar başlayana qədər Kursk vilayətində qalmaq əmri verilib.
“Rusiya regionuna hücumun başlamasından təxminən dörd ay sonra orada döyüşən əsgərlərin SMS mesajları onlara bu əmrin verildiyini sübut edir”, - məlumatda deyilir.
Eyni zamanda jurnalistlər qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri çətin hava şəraiti, yuxusuzluq, Rusiya Silahlı Qüvvələrinin davamlı hücumlarından şikayət edirlər.
“Ukrayna Silahlı Qüvvələri geri çəkilir, Rusiya qoşunları isə tədricən əraziləri geri alır... İndi əmr odur ki, yanvarın sonunda ABŞ-ın yeni prezidenti Ağ Evə gələnə qədər Rusiya ərazisinin bu hissəsi saxlanılsın”, - məlumatda vurğulanır.
Böyük Britaniya və Fransa Ukraynanın Rusiya ilə sülh sazişi bağlaması durumunda bu ölkənin təhlükəsizliyinin təmin edilməsi ssenarilərini nəzərdən keçirir.
Bu ssenarilərdən biri Fransa və Britaniya hərbi kontingentinin təmas xəttində yerləşdirilməsidir.
NATO-nun yüksək rütbəli rəsmisinin “Radio Svobodo”ya dediyinə görə, müzakirələr alyans səviyyəsində yox, London və Parisdə aparılır.
Britaniya və Fransanın ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandasının mümkün addımlarına qarşı bu variant üzərində işlədiyi bildirilib.