Sumqayıtda axtarış-xilasetmə işləri başa çatdı

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

"Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib", məlumatda deyilir.
  • Sosial şəbəkədə paylaş