İki gün əvvəl Tərtər rayonunun Qızıloba kəndində baş vermiş minanın partlaması nəticəsində Tərtər rayonunun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənəli Şahin oğlu xəsarət alıb.
Azərbaycan Universiteti Facebook səhifəsinin məlumatına görə, gənc oğlan 2022-ci ildə Bakı Dövlət Universitetinin politoloq ixtisası üzrə məzunu olub. “Həsənəli BDU-nu fərqlənmə diplomu ilə bitirib və orta balla 90-dan yuxarıdır.
O, Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə daxil olub, lakin təhsilini davam etdirməyib”, - nəşrdə deyilir.
Xatırladaq ki, Həsənəli Əliyev heyvanları otararkən minaya düşüb. Onun sol ayağı topuqdan aşağı amputasiya edilib, sağ ayağı isə qəlpələrdən yaralanıb.