“F-1” Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırıldı

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi, həmçinin ikinci və üçüncü yerlərin sahibləri mükafatlandırılıb.

Oxu.Az xəbər verir ki, qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və gənclər və idman naziri Fərid Qayıbov verib.

Onlar pilotlara kubok təqdim ediblər.

Qeyd edək ki, yarışıb qalibi “Red Bull”dan Maks Ferstapen olub.
  • Sosial şəbəkədə paylaş