Əfqanıstanda bir neçə saat əzrində beş baldan yuxarı iki zəlzələ baş verib

Əfqanıstanda bir neçə saat ərzində iki zəlzələ baş verib.

Bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin “SOME” MMC-nin seysmik stansiyalar şəbəkəsi xəbər verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, birinci zəlzələ aprelin 11-də Almatı vaxtı ilə saat 09:37-də baş verib. Yeraltı təkanların episentri Almatıdan 840 kilometr cənub-qərbdə, Əfqanıstanda yerləşib. Zəlzələnin maqnitudası 5,4 bal olub.

Daha bir zəlzələ Almatı vaxtı ilə saat 10:52-də baş verib. Episentr Almatıdan 963 kilometr cənub-qərbdə, Əfqanıstanda yerləşib. Bu dəfə yeraltı təkanlar 5,3 bal gücündə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.
  • Sosial şəbəkədə paylaş