İran PUA-sı Əfqanıstan ərazisində yerə düşüb

İran istehsalı olan “Mohajer-6” hücum pilotsuz uçuş təyyarəsi Əfqanıstanın Zabul vilayətində yerə düşüb.

Yerli sakinlər sıradan çıxaraq qəzaya uğramış PUA-nın görüntülərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Hələlik nə Tehran tərəfi, nə də Kabil hadisəyə rəsmi münasibət bildirməyib.

Hərbi ekspertlər insidentin iki qonşu ölkə arasında gərginliyə səbəb olacağını istisna etmirlər.
  • Sosial şəbəkədə paylaş