Türkiyə gəmisi dronla vuruldu: YARALILAR VAR

Qara dənizdə Türk gəmisinə dron hücumu: Göyərtədə yanğın çıxıb, 4 nəfər yaralanıb

Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə təzə meyvə və tərəvəz daşıyan Türkiyəyə məxsus "Nadhezna" adlı "Ro-Ro" tipli gəmi Qara dənizdə dron hücumuna məruz qalıb.

Hücum Türkiyə vaxtı ilə saat 16:30 radələrində, Novorossiysk limanına 30 dəniz mili məsafədə gəmi hərəkətdə olarkən baş verib. Zərbə nəticəsində gəmidə yanğın meydana gəlib.

Hadisə zamanı 3-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 4 heyət üzvünün yaralandığı bildirilir.

  • Sosial şəbəkədə paylaş