Əl-Küveyt hava limanı fəaliyyətini bərpa edir

Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Şeyx Həmud Mubarək Al Sabah bildirib ki, hava limanının əməliyyat infrastrukturu və sistemlərində aparılan təmir və yenidənqurma işləri artıq başa çatıb, həmçinin aeroportun texniki hazırlıq səviyyəsi artırılıb.

Baş idarə rəhbərinin sözlərinə görə, uçuşların bərpası texniki və əməliyyat hazırlığını nəzərə alan xüsusi plan əsasında mərhələli qaydada həyata keçiriləcək. Məqsəd hava hərəkətinin davamlılığını və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
  • Sosial şəbəkədə paylaş