İsveç hökuməti hətta cinayət törətmədikləri halda belə, 13 yaşdan etibarən uşaq və yeniyetmələr üzərində elektron nəzarətin tətbiqini təklif edir.
Bu tədbir onların cinayətkar qruplaşmalara cəlb olunmasının qarşısını almağa yönəlib və yalnız daha yumşaq təsir üsulları nəticə vermədikdən sonra tətbiq ediləcək. Məqsəd uşağın sosial xidmət orqanları tərəfindən müəyyən edilmiş saatlarda evdə olmasına nəzarət etməkdir.
Sosial xidmət məsələləri üzrə nazir Kamilla Valtersson Qrönvallın sözlərinə görə, 50-dən 100-dək uşaq nəzarət altına düşə bilər. Stiqmatizasiyanı azaltmaq məqsədilə nəzarətin ayağa taxılan elektron qolbaqlar deyil, ağıllı saatlar kimi cihazlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Bu təhlükəsizlik tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı sosial xidmət orqanlarının müraciəti əsasında inzibati məhkəmə qəbul edəcək, onun icrasına nəzarət isə Dövlət Müəssisələri İdarəsinə həvalə olunacaq. Nəzarət müddəti 6 ayadək davam edə bilər.
Qanun layihəsi artıq bir sıra ekspert təşkilatları tərəfindən kəskin tənqid olunub. Həmin təşkilatlar hesab edirlər ki, layihə cinayətdə şübhəli bilinməyən uşaqlara münasibətdə həddindən artıq sərtdir.
Eyni zamanda, liberalların hüquq siyasəti üzrə nümayəndəsi Martin Melin bildirib ki, bir çox valideyn sərtləşdirici tədbirləri dəstəkləyir. “Valideynlər deyirlər: “Kömək edin, mən övladımı qoruya bilmirəm”. Lakin təəssüf ki, müzakirələr zamanı onların səsi nadir hallarda nəzərə alınır”, - deyə o vurğulayıb.
Qanun layihəsi hüquq şurasının baxışına göndərilib. Onun mümkün qüvvəyəminmə müddəti isə hələ müəyyən edilməyib, çünki zəruri texnologiyanın satınalınması prosesi davam edir.